Maraqlı

Bu insanları İLK DƏFƏ GÖRƏCƏKSİNİZ: inək nəcisi yeyərək böyüyürlər, yumurtalıqları isə nəhəng ölçüdədir - VİDEO - FOTO

12 Aprel 2021 00:18
Baxış: 15 452

Qara qitənin bəzi adətlərinə nəzər salanda adama elə gəlir ki, orada zaman yüz il əvvəl dayanıb. Belə ki, Keniya və Somali arasında yaşayan Bubal qəbiləsində müasir insanın ağlına sığmayacaq hadisələr yaşanır. Onları normal insandan fərqləndirən əsas xüsusiyyət kişilərdə yumurtalıqların nəhəng ölçüdə olmasıdır.

Milli.Az inək nəcisilə qidalanan Bubal qəbiləsi haqda yazını təqdim edir.

Bubal əhalisinin kişilərinin xayaları olduqca böyük ölçüdədir. Bəzilərinin diametri 70-80 sm-ə çatır. Qeyd etmək lazımdır ki, bu tayfanın bütün oğlan uşaqları hamı kimi tamamilə normal doğulur. Bütün məsələ onların spesifik qidalanmasıdır. Körpəlikdən başlayaraq cinsi yetişkənliyə qədər onlar inək ifrazı ilə qidalanırlar. İnək bu qəbilədə müqəddəs sayılır və onlar inanırlar ki, bu cür qidalanma uşaqlara cəsarət və güc verir. Üstəlik düşünülər ki, belə xüsusi menyu raxit, sinqa, leykemiya kimi bəzi xəstəliklərin qarşısını da alır.

Əgər tibb elminə müraciət etsək, o zaman təsdiqləmiş olarıq ki, inək nəcisi, ifrazı kişilərin orqanizmində xayalığın böyüməsində əyani dəyişikliklərə gətirib çıxarır. Üstəlik, tədqiqatçılar bildirirlər ki, inək ifrazatlarında vitaminlərin və mikroelementlərin miqdarı çox yüksəkdir.

Xayalıqların nəhəng ölçüdə olmasına baxmayaraq, onların reproduktiv funksiyası tam qaydasında işləyir. Yeganə nöqsanı - insanın bir qədər ləng hərəkət etməsidir. Bəlkə də gülməlidir, amma videodan da göründüyü kimi çoxu xayalığı yastıq kimi də istifadə edərək, özlərinin yumşaq yerdə oturmaqlarını təmin edirlər.

Zaur Həsənəliyev
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.