Maraqlı

Usama Rabia: "Süveyş kanalı təhlükəsizdir"

17 Aprel 2021 23:40
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Süveyş kanalı administrasiyası gəmilərin bu ərazidə hərəkətinin bərpası üçün bütün zəruri tədbirləri görüb. Problem öz gücümüz hesabına peşəkarcasına aradan qaldırılıb".

Milli.Az seanews.az-a istinadən bildirir ki, bunu Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabia "Ever Given" gəmisinin saydan çıxarma əməliyyatı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, işlərə donanmalarının "Mashhour" və "Tenth of Ramadan" adlı dibdərinləşdirən və kanalın administrasiyasına məxsus 15 yedək gəmisi cəlb edilib.

"Hadisə dünya sənayesi ictimaiyyətinə kanal administrasiyasının böhran idarəetməsi modelini nümayiş etdirdi. Gəminin saydan çıxarma əməliyyatlarında ilk dəfə olaraq dibdərinləşdirmə işləri aparıldı. Problem qısa müddətdə aradan qaldırıldı. Burada yolu kəsən gəminin gövdəsinə və gəmidəki yükə ziyan dəyməməsi də əsas uğurlarımızdandır".

Rabia onu da qeyd edib ki, Süveyş kanalının təhlükəsizliyindən şübhələnmək müzakirə mövzusu ola bilməz.

"Süveyş kanalı dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi kimi qalmaqda davam edir. Kanal tamamilə təhlükəsizdir"-deyə, Rabia bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.