Maraqlı

Bu quzu görənləri təəccübləndirir - FOTO

9 Aprel 2021 18:30
Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədirnənin Bosna kəndində yaşayan Əhməd Qocaya məxsus bir merinos qoyun, iki quzu dünyaya gətirib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, quzulardan biri boynundan ikisi olmaqla 6 ayaqlı doğulub. Kənd sakini Əhməd Qoca 30 ildir heyvandarlıq ilə məşğul olduğunu və belə bir vəziyyətlə ilk dəfə qarşılaşdığını deyib.

Qoyunun otlaqda otlayarkən quzu dünyaya gətirdiyini söyləyən Qoca bu sözləri əlavə edib: "Çobanımız məni çağırıb otlağa gəlməyimi söylədi. Otlağa gedəndə gördüklərimə çox təəccübləndim. Quzulardan birinin 6 ayağı var idi. Yoldan keçən ailələr də dayanıb quzuya baxdılar. Səhhəti hazırda yaxşıdır. Qardaşı ilə birlikdə  böyüyür".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.