Maraqlı

Meymuna çip yerləşdirildi, nəticəsi… - VİDEO

9 Aprel 2021 19:17
Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi bir andır. Çip yerləşdirilən meymun ilk dəfə fikir gücü ilə Pinq Ponq oynayır.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, Elon Maskın "Neuralink" layihəsi çərçivəsində 6 həftə əvvəl beyninə çip implant olunan meymuna banan şirəsi verib, məcbur edirlər ki, joystiklə oyun oynasın:

"Oyun oynayan müddətdə proqram təminatı beyindəki neyronların dalğalarını ölçərək hərəkətləri müəyyən edir. Bir müddət sonra joystik ayrılır, qorxulu nəticə meydana çıxır. Meymun fikir gücü ilə oyun oynamağa başlayır. Bəlkə bunu "bizi belə idarə edəcəklər" kimi başa düşə bilərsiniz, amma elm və texnologiya sahəsində tükürpədən bir hadisədir. İnsanlar və xüsusən iflic insanlar üzərində sınağı həyəcanla gözləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.