Maraqlı

Mini elektrokarı Formula E çempionatının rəsmi təhlükəsizlik avtomobilidir - FOTO

15 Aprel 2021 20:30
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mini markasının elektrikləşdirilməsinə artıq başlanılıb. Xatırladaq ki, Mini Cooper SE elektrik hetçbeki 2019-cu ildən bəri bir çox ölkədə satılır. Britaniya markasının gələcək planlarda JCW (John Cooper Works) subbrendi altında güclü elektrokarların yaradılması da var. Çalışmalara artıq start verilib, lakin istehsalçı mövcud avtomobillər ilə məşq etmək qərarına gəlib və Mini Electric Pacesetter hetçbekini hazırlayıb. Üstəlik, bu model şou avtomobili deyil: belə hetçbek Formula E çempionatının rəsmi təhlükəsizlik avtomobili olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, təhlükəsizlik avtomobilinin əsasını Mini Cooper SE seriya modeli təşkil edir. Avtomobilin yaradılmasında BMW Motorsport bölməsinin mühəndisləri də iştirak ediblər. Hetçbek üçün, seriya JCW versiyalarının dayağını xatırladan, lakin elektromobilin xüsusiyyətlərini nəzərə alan orijinal aerodinamik kuzov dəsti yaradılıb. Üstəlik, karbondan olan hissələr 3D çapından istifadə edilərək hazırlanıb. Bundan başqa, hetçbek Michelin Pilot Sport şinləri taxılmış 18-düymlük təkər disklərinə də sahib olub.

Məlum məsələdir ki, avtomobilin salonu "boşaldılıb": üzlüklərin bir hissəsi və arxa oturacaqlar çıxarılıb, mediasistemin əvəzinə karbon tıxac quraşdırılıb, standart ön oturacaqları altı nöqtəli təhlükəsizlik kəmərləri olan yarış kresloları əvəzləyib. Şassi təkmilləşdirilib: tənzimlənən amortizatorlar quraşdırılıb və təkər izi 10 millimetr genişləndirilib. Nəhayət, dörd porşenli mexanizmləri olan digər ön əyləclər quraşdırılıb.

Ancaq mühəndislər elektrokarın elektrik mühərrikinə müdaxilə etməyiblər: standart mühərrik 184 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. 33 kilovat-saatlıq güc batareyası da dəyişməyib. Ancaq yuxarıda qeyd olunan bütün təkmilləşdirmələr Mini Electric Pacesetter modelinin çəkisinin 130 kiloqram azaldıb. İndi elektrokarın çəkisi 1230 kiloqram təşkil edi. Buna görə də, modelin 100 km/saat həddinə sürətlənmə müddəti 7.3-dən 6.7 saniyəyə endirilib. Göründüyü kimi, bu təhlükəsizlik avtomobili üçün kifayətdir.

Elektrik hetçbekinin ilk "döyüş növbəsi" Formula E çempionatının 10 aprel tarixində Romada keçiriləcək yarışında baş tutacaqdır. "Qaynar" Mini elektromobilini almaq istəyənlər daha çox gözləməli olacaqdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.