Maraqlı

Genesis iri kupenin carçısını nümayiş etdirib - FOTO

15 Aprel 2021 21:01
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən "X" hərfi ilə krossoverləri işarələyirlər. Lakin Genesis markası bu ənənəni pozmaq qərarına gəlib və X Concept konseptual kupesini hazırlayıb. Əslində, burada fərqli mənanı axtarmaq gərəkdir: koreyalılar qarşımızda gizli "avtomobil X"- in dayandığına işarə edirlər. Qeyd etmək gərəkdir ki, X Concept, şirkət dizaynerlərinin iri qrand turerə olan baxışlarını nümayiş etdirdikləri beşinci Genesis konseptidir. Üstəlik, avtomobil yalnız onlayn deyil, həm də Los Ancelesdə təşkil edilmiş xüsusi tədbirdə canlı olaraq nümayiş etdirilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, koreyalılar iri kupe layihəsini ilk dəfə 2015-ci ildə təqdim etsələr də, Hyundai Vision G Coupe konsepti indiki Genesis G90 sedanının müjdəçısi oldu və konveyerə getmədi. İndi isə vəziyyət tam əksinədir: Genesis X Concept konseptində dizaynerlər markanın onsuz da formalaşmış üslubunu inkişaf etdiriblər. Bununla belə, konseptin carçısı olduğu kupenin ümumi istifadə yollarında görünmək şansı var.

Kupe uzun kapotu, qısa baqaj bölməsi, təmiz xətləri və iri təkər diskləri kimi "bahalı" nisbətlərə malikdir. Genesis avtomobillərinin tanınan xüsusiyyətinə çevrilmiş cütlənmiş xətlərdən konseptdə geniş tətbiq edilib: bu, yalnız işıqlandırma texnologiyasına aid  deyil - avtomobilin dekoru da eyni üslubdadır. Kapot, kuzovdakı yarıq və oyuqların sayını minimuma endirmək üçün qanadlarla birləşdirilib.

Dizaynerlər dörd nəfərlik interyerin üzərində də vicdanla işləyiblər. Düz ekranları olan darıxdırıcı arxitekturanın əvəzinə, sensorlu mərkəzi konsola keçən müəmmalı əyri ekran quraşdırılıb. Mərkəzi tuneldə isə, dayanacaq rejimində dekorativ yarımkürəyə çevrilən transmissiyanın qeyri-adi selektoru peyda olub.

Konseptin texniki hissəsi barədə verilən yeganə məlumat onun elektrik ötürməsinə  sahib olmasıdır. Ancaq kupenin əvvəlcədən Genesis markasının inkişaf planına daxil edildiyini düşünsək, tezliklə seriya avtomobilini ümumi istifadə yollarında görə bilərik: bu günə qədər koreya istehsalçısı planlarını dəqiqliklə yerinə yetirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.