Maraqlı

Bukmeykerlər bu il "Eurovision"da kimi qalib görürlər?

24 Mart 2021 15:34
Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bukmeykerlər "Eurovision 2021" mahnı müsabiqəsinə təqdim edilən mahnı və kliplər arasında analiz aparıblar. Onlar bu il yarışmada birinci olma şansının yüksək olduğu ifaçını açıqlayıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda xəbər "Eurovisionworld" saytında yayımlanıb. Ekspertlər bildirilib ki, müsabiqədə birinci yerdə Malta təmsilçisi Destina Çukuneranı görürlər. O, gecədə "Je Me Casse" mahnısını oxuyacaq. Proqnozlara görə yarışmada ikinci və üçüncü yeri İsveçrə ilə Fransa tutacaq.

Bu il İsveçi "Eurovision"da "Gjon's Tears" ləqəbi ilə tanınan müğənni Con Muharremay, Fransanı isə Barbara Pravi təmsil edəcək. Rusiyalı ifaçı Manijin isə 13-cü yerdə qərarlaşacağı bildirilib.

Gürcüstan təmsilçisi Tornik Kipianın "Eurovision"dakı iştirakı ləğv edilib. Buna səbəb onun "Facebook" paylaşımı olub. Belə ki, o, müsabiqə üçün hazırladığı mahnını tənqid edənləri təhqir edib.

Qeyd edək ki, "Eurovision 2021" mayın 18-dən 22-nə kimi Rotterdamda keçiriləcək. Azərbaycanı yarışmada Samirə Efendi təmsil edəcək. O, gecədə "Mata Hari" mahnısını səsləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.