Maraqlı

Azərbaycanın "Eurovision" səhnə şousunun rejissorluğu yenə ona tapşırıldı - FOTO

20 Mart 2021 18:56
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan bu il Samirə Əfəndinin "Mata Hari" mahnısının səhnə şousu üçün rejissor Mads Enggaarda müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M. Enggaard bu barədə sosial şəbəkədə məlumat yayıb.

"Ötən il yarımçıq qalan planlarımızı bu dəfə reallaşdıracağıq və bu istedadlı sənətçi ilə bir daha çalışmaqdan şərəf duyuram. Ardıcıl üç ildir ki, Azərbaycanın səhnə rejissorluğunu mən etdiyim üçün xoşbəxtəm. Bu il Rotterdama gedib başladığımız işi başa çatdıracağıq",- qeyd olunub.

Qeyd edək ki, Danimarkadan olan Enggaard sonuncu dəfə Çingiz Mustafayevin "Truth"  mahnısının səhnə performansı üzərində çalışmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.