Maraqlı

Yeni Peugeot 308 modelinin şəkilləri peyda olub - FOTO

18 Aprel 2021 19:30
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paparazzilər yeni Peugeot 308 modelini eeksteryer dizaynını açıqlayıblar. Fransız şirkətinin hetçbekini avtomobil daşıyıcısına yükləyən zaman tutulub - sürücü örtüyü açmalı olub və həmin an casuslar yeni modeli çəkiblər. Çox güman ki, üçüncü nəsil 308 modelinin debütü baharda keçiriləcəkdir.

Yeni Peugeot 308 modeli fransız markasının dəyişdirilmiş loqotipə sahib olan ilk avtomobildir, lakin bu tək yenilik deyil: hetçbek gündüz işığının uzun "dişləri" olan nazik formalı ön fənərləri ilə fərqlənir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Peugeot dizaynerləri emblemi ön qanadlarda təkrarlamağa qərar veriblər, sensorlar və lidarları isə qeyri-adi tərtibatı olan radiator barmaqlığında gizləndiblər - çox güman ki, bu parlaq detal bütün yeni Peugeot avtomobillərinin əlamətdar xüsusiyyətinə çevriləcəkdir.

Növbəti Peugeot 308 modelinin elektrikləşdirilmiş EMP2 modul platformasında inşa ediləcəyi gözlənilir. Bu, yeni modelin Puretech benzin və BlueHDi dizel mühərrikləri ilə yanaşı, yeni modelin kapotunun altında güclü hibrid güc qurğuları da quraşdırılacaqdır. Ayrıca, tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn Peugeot e-308 modelinin debüt edəcəyi də istisna olunmur.

Peugeot 308 hetçbekinin debütünün yaxın həftələrdə baş tutacağı ehtimal olunur, çünki yeni hetçbek tamamlanmış kimi görünür. Bir qədər sonra isə, fransız istehsalçısı 308 SW universalını buraxacaqdır. Bundan başqa, modelin kross-versiyasını hazırlanacağı barədə də şayiələr dolaşır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.