Maraqlı

Yaponiyalı “Rapunsel” 15 ildir saçlarını kəsmir - FOTO

9 Mart 2021 11:33
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokiada yaşayan Rin Kambe adlı xamın 15 ildir ki saçlarını kəsmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaponiyalı "Rapunsel" kimi tanınan qadının saçlarının uzunluğu iki metrə çatır.

Model və rəqqasə olan Rin hələ 20 yaşında ikən buddizmi qəbul edib və sənətçi olmaq arzusuna düşüb. O zamandan bəri saçlarını uzadan xanımın indi 35 yaşı var.

Kambe hər gün saçlarına qulluq üçün bir neçə saat vaxt ayırdığını deyib. Səhər və axşam saçlarını dörd cür daraqla darıyan xanım xarici görünüşünün Asiya gözəlliyinin təcəssümü olmasından qürur duyduğunu bildirib.

Qeyd edək ki, dünyada ən uzun saçların sahibi 50 yaşlı Aşa Mandeladır. ABŞ-lı qadının saçının uzunluğu 16.7 metr, çəkisi isə 19 kq-dır.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.