Maraqlı

İnstaqram rəqibinin funksiyasından istifadəyə verdi

5 Mart 2021 20:42
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnstagram sosial platforması yenilik təqdim edib.

Milli.Az xəbər verir ki, istifadəçilər artıq 4 nəfərlik otaqlarda canlı söhbət apara biləcək.

Şirkət açıqlamasında yeniliyin insanları özünü ifadə etmək üçün daha yaradıcı formatlardan istifadə etməyə təşviq məqsədi daşıdığını söyləyib. Sosial şəbəkənin komandasının fikrincə, çox sayda iştirakçı ilə canlı yayımlar daha geniş auditoriyanı cəlb edəcək, çünki bütün yayımçıların abunəçiləri tərəfindən görünəcək. Təşkilatçılar şərhləri senzuradan keçirə və qaydaları pozan izləyiciləri blok edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl yalnız 2 istifadəçi sosial şəbəkələrdə canlı yayım apara bilirdi.

Funksiyadan istifadə etmək üçün ekran tətbiqdə sola sürüşdürülməli və "Canlı Kamera" seçilməlidir. Sonra bir yayım adı əlavə edilməli və "Canlı Otaqlar" simvoluna vurulmalıdır. Bundan sonra istifadəçi canlı yayım aparmaq istədiyi qonaqları seçə biləcək.

Xüsusiyyət "Clubhouse"dakı "otaqlara" bənzəyir.

Sosial şəbəkə rəhbərliyindən verilən məlumata görə, yeniləmə həm də istifadəçilərin iş qurma və fəaliyyətlərindən pul qazanmasına kömək edəcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.