Maraqlı

"Eurovision-2021" qısaldılmış formatda keçiriləcək

3 Mart 2021 20:14
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Eurovision" müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

"Eurovision-2021" müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.