Maraqlı

Təqva ilə bəsirətin rabitəsi necədir?

2 Mart 2021 21:50
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə təqva üçün çox sayda bərəkətlər sayılmışdır ki, onlardan biri də qəlb və fikrin üzərində olan hicabların aradan getməsidir. İman və təqvanın bəsirət ilə böyük əlaqəsi vardır.

"Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir". ("Ənfal" 29).

"Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir". ("Bəqərə" 282).

Təqva ilə bəsirətin rabitəsi əqli cəhətdən dərk ediləndir, baxmayaraq ki, mənəvi cəhətdən dərk olunmasa da. İnsan qəlbini əhatə edən hicablar: həvayi-nəfs, uzun arzular, maddiyyatın əsiri olmaq... - bütün bunlar insana icazə verməz ki, düzgün qərarlar çıxartsın. Həqiqətləri olduğu kimi görə bilməz.

Halbuki, məhz iman və təqva sayəsində bu hicablar aradan qaldırılar və insan həqiqətləri görməyə başlayar.

İnsan ruhunda olan bu qaranlıq buludlar kənara çəkilər və insanın qəlbi nurani olar. Həqiqətləri olduğu kimi görməyə başlayar. Mömin təsvirolunmaz bir mənəvi ləzzət hiss edər.

Bəli, təqva insana bəsirət verər. Həmçinin bəsirət, insanın təqvasını gücləndirər. Yəni, hər ikisinin bir-birinə təsiri vardır.

Hədislərin birində oxuyuruq: "Əgər şeytanlar insan qəlbinə hakim olmasaydı, səmanın və varlıq aləminin batinini görə bilərdi".

İmam Əli (ə) buyurur: "Din, həvayi-nəfs ilə cəm olmur. Həmçinin ağıl, həvəslə bir yerdə olmur. Hər kim həvayi-nəfsinin ardınca gedər, onu kar və kor edər. Zəlil edər və yolundan azdırar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.