Maraqlı

Neslihandan səhhəti ilə bağlı açıqlama

28 Fevral 2021 18:22
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhətində problemlər yarandığı üçün bir müddət əvvəl "Sefirin kızı" serialından ayrılan aktrisa Neslihan Atagül kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Zekeriyaköydə apteklərdən birindən çıxarkən görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Neslihan səhhəti ilə bağlı açıqlama verib:

"Artıq daha yaxşıyam. Sağalıram. Məni yormayan işlər görməyə çalışıram. Yanımda olub dəstək olan hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, aktrisa bağırsaq sindromundan əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.