Maraqlı

“Apple” rəhbəri 2020-ci ilə yekun vurub

27 Fevral 2021 21:50
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin rəhbəri Tim Kuk 2020-ci ili innovasiyalar üçün ən yaxşı il adlandırıb. Bu barədə korporasiya rəhbəri "Weibo" saytında dərc edilən müsahibədə bildirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, T.Kuk Pekinin Poçt və Telekommunikasiya Universitetinin 22 yaşlı tələbəsi He Şitsze ilə həmsöhbət olub. On səkkiz dəqiqə davam edən söhbətdə sahibkar 2020-ci ili "Apple" üçün şirkət tarixində ən yaxşı innovasiyalar ili adlandırıb. O qeyd edib ki, korporasiya uğurlu "iPhone" smartfonları, "Apple Watch" saatı və "M1" prosessorunu buraxıb.

Tələbənin T.Kuk və onun komandasının stresin öhdəsindən necə gəlməsi ilə bağlı suala sahibkar bildirib ki, "Apple" əməkdaşları yeni məhsullardan enerji alırlar. "Vahid innovasiya formulu mövcud deyil. Bizim işimiz yaradıcılıq və əməkdaşlıq mədəniyyətinin birləşməsidir", - "Apple" rəhbəri vurğulayıb.

Sonda ABŞ şirkətinin rəhbəri iş axtarışında olan ali məktəb məzunlarına məsləhət verib. T.Kuk şirkətin banisi Stiv Cobsdan sitat gətirib: "Siz bunu tapanda biləcəksiniz. Əgər siz onu hələ tapmamısınızsa, onu axtarmaqda davam etməlisiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.