Maraqlı

Koronavirusdan qorunmaq üçün əl atdığı üsul HƏR KƏSİ ŞOKA SALDI: Uşaqlarına 4 gün ərzində...

24 Fevral 2021 21:00
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada bir qadın və 4 uşağı özlərini koronavirusdan qorumaq məqsədilə ilə 4 gün ərzində öz sidiklərini içib.

Milli.Az xəbər verir ki, bu barədə "Newsweek.com" məlumat yayıb.

Xəbərə görə, qadının Vatsapına sidiyin "qoruyucu xüsusiyyətləri"ndən bəhs edən video daxil olub. O da koronavirusa qarşı vaksinə etibar etmək əvəzinə ənənəvi müalicə metodlarına etibar etməyi üstün tutub.

Bu qadın ingilis həkimlərlə söhbətində "Microsoft"un qurucusu Bill Qeyts və həyat yoldaşı Melindanın təhlükəli koronavirus vaksini yaratdığına inandığını deyib.

Bu hadisə beynəlxalq siyasətçi və səhiyyə işçilərinin yayılan yalan məlumatların koronavirus peyvəndlərinin yayılmasına və insanların peyvənd olub-olmamasına dair qərarlarına təsir göstərə biləcəyi qorxularını bir daha təsdiqləyir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.