Maraqlı

Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin - FOTO

24 Mart 2021 23:55
Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm dizaynerlər bütün çeşidlərdə çəhrayı rəngə xüsusi diqqət yetirib, sakit mərcan tonlarından hər kəsin sevdiyi şok çəhrayıya qədər. Yeri gəlmişkən, parlaq çəhrayı bir əsr əvvəl stil ikonası Elza Skiaparellinin sayəsində populyarlıq qazanıb. O, bu rəngin böyük pərəstişkarı idi.

Milli.Az xəbər verir ki, 2021-ci ilin yazında çəhrayının həm romantik, həm də cəsarətli tonları eyni dərəcədə aktual olacaq. Lakin mağazalardakı bütün çəhrayı geyimləri almağa tələsməyin. Dizaynerlər yekdilliklə israr edirlər ki, mövsümün əsas elementi çəhrayı rəngli tuflilər olacaq.

Ən məşhur moda evlərinin podiumları sözün əsl mənasında çəhrayı çəkmələr və ayaqqabılarla doludur. Rəng tonları müxtəlif olduğundan istənilən birini sınamağa dəyər. Eksentrik modellərə cəsarət edənlər üçün dizaynerlər zərif modelləri təklif edirlər. Rezin səndəllər isə yay obrazını tamamlayan ən ideal seçim olacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.