Maraqlı

Koronanın orqanizmə şok təsirləri: Ağciyərdə, ürəkdə...

7 Fevral 2021 13:30
Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər COVID-19 üzərində araşdırmalarını davam etdirirlər. Maraqlıdır, bədənimiz bu virusa yoluxmazdan əvvəl buna hazır olurmu? Yoluxan xəstələrin orqanizminə hansı ziyanları olur?

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aparılan tədqiqatlara görə, virus daxili orqanları zədələməklə yanaşı, damarlara da ziyan vura bilir. COVID-19 infeksiyası damar quruluşunda çox ciddi fəsadlara səbəb ola biləcək virusdur. Bədənə girdikdən sonra, xüsusilə də ağciyərdə, ürək damarlarında, böyrək damarlarında və aylar sonra da bədənin ümumi damar quruluşunda ciddi ziyana səbəb ola bilər. Bu ziyanların qarşısını almaq üçün pandemiya dövründə pəhriz və yuxu rejiminə diqqət etmək lazımdır.

Nəzərə aldıqda ki, virus sürətli şəkildə yayılır, profilaktik tədbir olaraq bədənin virusa qarşı müqavimətinin olub-olmamasını yoxlamaq üçün həkim müayinəsindən keçmək lazımdır. Mütəxəssislərin fikrincə, bu müayinə bədənin damar quruluşu, vitamin səviyyələri, qan parametrləri, böyrək funksiyaları, xüsusilə astma xəstələrinin xəstəliyə yoluxmadan əvvəl virusa müqavimət göstərə biləcəyini öyrənmək üçün tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.