Maraqlı

""Niyə belə oldu?" deyə, soruşmadılar"

28 Yanvar 2021 18:31
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl qonşusuna qarşı zorakılıq tətbiq etdiyi üçün həbs olunan müğənni Halil Sezai azadlığa buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramlardan birinə qonaq olan Sezai həbsi haqqında açıqlamalar verib.

"45 gün həbs yatdım. Heç kim yanıma gəlmədi. "Niyə belə oldu?" deyə, soruşmadılar. İnsanlar məni canlandırdığım obrazlardan dolayı içki düşkünü zənn edir. Lakin elə deyil. "Süddən çıxan ağ qaşığam" desəm, bu da yalan olar. Normalda özümə nifrət edirəm, amma bir insanı bu qədər də tapdalamaq düzgün deyil. Baş verənlərə görə çox pis oluram. Amma mən heçkimi öldürmədim. Bu hadisələrə görə "kaş olmasaydı" dediyim vaxtlar da olur. O şəxsi mən 80 yaşlı dayı gözündə görmədim. Onun mənə qarşı etdiklərinə 6 ay dözə bildim" deyə, Sezai bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.