Maraqlı

İntim fotolarda özünü tanımayan qadın qısqanclıqdan ərini bıçaqladı - FOTO

28 Yanvar 2021 08:48
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqlayıb. Bu o qədər sürətli baş verib ki, kişi telefondakı qadının əslində elə onun özü olduğunu deməyə imkan tapmayıb.

"New York Daily News"un məlumatına görə, hadisə Meksikada baş verib.

Bildirilir ki, şəkillər bir neçə il əvvəl çəkilib. Maraqlıdır ki, görüntüləri elə qadının özü elektron poçt vasitəsilə ərinə göndərib. Arxivləri araşdırarkən kişi bu məktubu tapıb və şəkilləri telefonuna yükləyib.

Kişi bir neçə bıçaq zərbəsi aldıqdan sonra birtəhər arvadını tərksilah etməyi bacarıb. O, qadını sakitləşdirərək hər şeyi izah edib.

Davanın səsini eşidən qonşular isə bu müddətdə təcili yardım və polis çağırıblar.

Qadın saxlanılıb. O, məişət zorakılığında ittiham olunur.

Polisə ifadə verən qadın bildirib ki, kadrlarda ərinin "daha gənc və gözəl qadınla" olduğunu gördükdə, qısqanclıqdan "gözü kor olub" və ərini bıçaqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.