Maraqlı

"Artıq çəki həyatımı çətinləşdirdi" - FOTO

21 Yanvar 2021 13:19
Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sihirli annem" serialında Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı artıq çəkilərindən xilas olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 6 ay ərzində 41 kq. arıqlayaraq  hər kəsi təəccübləndirəcək görünüşə sahib olub.

Damla arıqlama prosesinin onun üçün olduqca çətin olduğunu deyib:

"Çoxlu pəhriz yeməkləri yedim. Amma yenə arıqlaya bilmədim. Bədənimdə piy yığılıb qalmışdı. 90 kiloqram idim, 45%-i yağ idi. Son çarə olaraq mədəkiçiltmə əməliyyatı oldum. Çəkimin artıq olması həyatımı çətinləşdirirdi. Həkimə getdim. Psixoloji seanslarda oldum. Əməliyyatdan sonra müəyyən müddət çox çətinlik çəkdim. Amma artıq istədiyim bədən formasındayam".

Qeyd edək ki, aktrisa bir müddət əvvəl həyat yoldaşı onu döyüb və xəyanət etdiyi üçün ondan ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.