Maraqlı

Nissan Juke modeli xüsusi Enigma versiyasına sahib olub - FOTO

23 Yanvar 2021 19:01
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nissan şirkəti Böyük Britaniyada Juke krossoverinin Enigma (İngilis dilindən tərcümədə - tapmaca) adlı yeni versiyasını təqdim edib. Xüsusi nəşr orijinal qara təkər diskləri və Amazon Alexa səs köməkçisi ilə təchiz edilir. Enigma seriyasından olan krossoverin qiyməti 23,195 funt sterlinqdən başlayır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Nissan Juke Enigma modelini üç rəngdən birinə boyamaq olar. Müştəri qara damla birlikdə təklif edilən boz Gun Metallic Grey və ya ağ mirvari Storm White rəngini, habelə tamamilə qara rəngi seçə bilər. Əlavə olaraq, xüsusi krossover qara rəngli 19-düymlük Akari təkər disklərinə, habelə yan güzgülər və dama vurulan mürəkkəb naxışlara malikdir. Salonda, Enigma yazısı və NissanConnect onlayn xidmətlərini, naviqasiyanı və Amazon Alexa səs köməkçisini dəstəkləyən multimedia sistemi quraşdırılıb.

Yeri gəlmişkən, bu multimedia sistemi ilk dəfədir ki, Avropada satılan Nissan modelində təqdim olunur. Krossoverə ev cihazına bağlayaraq, bəzi funksiyaları idarə etmək mümkündür. Məsələn, Alexa-dan təyinat ünvanının avtomobilin naviqasiyasına yükləməsini, qalan yanacağın yoxlamasını və ya avtomobilin yerini müəyyənləşdirməyi əmr etmək olar. Cəmi 13 komanda mövcuddur.

Avropada satılan Juke modeli 117 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli mühərriklə təchiz edilir. Güc qurğusu altı pilləli mexaniki transmissiya və ya yeddi pilləli DCT "robotu" ilə tandemdə çalışa bilər. Ötürmə - yalnız ön oxadır. Xatırladaq ki, Nissan Juke Visia baza versiyası Britaniyada 18,185 funt sterlinqə satılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.