Maraqlı

Tanınmış aparıcı illər sonra övladlıq olduğunu öyrəndi: “Saatlarla ağladım” - VİDEO

18 Yanvar 2021 16:36
Baxış: 2 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Elgizlə İzlə" verilişində qonaq olan teleaparıcı Sona Alməmmədova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, övladlıq olduğunu öyrənən aparıcı yaşadıqlarını tamaşaçılarla bölüşüb:

"Ev təmizləyərkən sənədlər olan yerdə bir kağız gözümə dəydi. Üzərində yazılan yazı diqqətimi çəkdi - "övladlığa verilir". O zaman 8-ci sinifdə oxuyurdum. Böyük şok keçirdim. Oturub saatlarla ağladım. Ailəmə bu barədə heç nə demədim, heç üzlərinə də vurmadım. Atam anamın məni atdığını demişdi. Məlum oldu ki, anam məni atmayıb, atam Azərbaycana gələndə məni də gətirib. Anamın kim olduğunu ötən il öyrəndim. İş yoldaşım vasitəsi ilə onu tapdım. Anam 2007-ci ildə dünyasını dəyişib. Anamın xalaları dedi ki, ağır xəstə idi. Onu müalicə etməyə məcbur edə bilmədik".

Qeyd edək ki, Sona Alməmmədova ARB TV-nin "Yaşamaq Gözəldir" verilişinin aparıcısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.