Maraqlı

Beyninə qan sızan repçi sağaldı

18 Yanvar 2021 09:38
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dr. Dre ləqəbi ilə tanınan repçi Andre Romell Yanq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, beyninə qan sızan repçinin müalicəsi uzun müddət reanimasiyada davam etdirildi.

Verilən son məlumatlara əsasən, iki həftəlik müalicədən sonra  musiqiçi əvvəlki sağlamlığına qovuşub.

Repçinin yaxın dostlarında biri "Twitter" hesabında onun səhhətinin yaxşı olduğunu və xəstəxanadan evə buraxıldığını deyib.

Qeyd edə ki, xəstəxanadan yeni çıxan repçinin həyat yoldaşı Nikol Sritlə boşanma prosesi davam edir. Srit repçidən aylıq 2 milyon dollar təzminat tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.