Maraqlı

“Netflix” abunəçilərinə şad xəbər

17 Yanvar 2021 18:50
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Film və televiziya şirkəti "Netflix" 2021-ci il üçün yeni qərar qəbul edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünyanın ən məşhur rəqəmsal platforması bundan sonra hər həftə yeni film yayımlayacaq.

Belə qərarın qəbul edilməsinə səbəb bir çox dünya ölkələrində sərtləşdirilmiş karantin rejiminin davam etməsi və kino zallarının hələ də bağlı olmasıdır.

Yeni qaydanın gələn həftədən etibarən tətbiqinə başlanılacaq.

Yayımlanacaq yeni ekran əsərlərindən biri "Don't look up"dır. Sözügedən filmin baş rollarında Leonardo Di Kaprio, Meril Strip, Ariyana Qrande kimi ulduzlar çəkiliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.