Maraqlı

Bir müsəlman qardaşa yardım etməyin savabı

16 Yanvar 2021 23:10
Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfvan Cəmmaldan belə nəql olunur:
 
كُنتُ جالِسا مَعَ أبي عَبدِ اللّه عليه السلام إذا دَخَلَ عَلَيهِ رَجُلٌ مِن أهلِ مَكَّةَ يُقالُ لَهُ "مَيمونٌ"، فَشَكا إلَيهِ تَعَذُّرَ الكِراءِ عَلَيهِ،
 
"Mən, İmam Sadiqin (ə) məclisində ikən Məkkədən Məymun adlı bir şəxs gəlib, evinin kirayəsini verməkdə aciz qaldığından gileyləndi."
 
فَقالَ لي: قُم فَأَعِن أخاكَ.
 
İmam (ə) mənə buyurdu: "Ayağa qalx və qardaşına yardım et."
 
فَقُمتُ مَعَهُ، فَيَسَّرَ اللّه ُ كِراهُ، فَرَجَعتُ إلى مَجلِسي.
 
"Mən onunla birgə ayağa qalxdım. Allah onun müşkülünü açdı. Sonra məclisə qayıtdım."
 
فَقالَ أبو عَبدِ اللّه ِ عليه السلام: ما صَنَعتَ في حاجَةِ أخيكَ؟
 
İmam (ə) buyurdu: "Qardaşının ehtiyacını aradan qaldırdınmı?"
 
فَقُلتُ: قَضاهَا اللّه ُ بِأَبي أنتَ واُمّي.
 
Dedim: "Ata-anam sənə qurban, Allah ehtiyacını aradan qaldırdı."
 
فَقالَ: أما إِنَّكَ أن تُعينَ أخاكَ المُسلِمَ أحَبُّ إلَيَ مِن طَوافِ اُسبوعٍ بالبَيتِ مُبتَدِئا
 
İmam (ə) buyurdu: "Bil ki, həqiqətən, sənin müsəlman qardaşına yardım etməyin Allahın evini yeddi dəfə müstəhəb təvaf etməkdən sevimlidir." ("Əl-kafi", c.2, səh.198, hədis 9.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.