Maraqlı

Günün hədisi: 3 dəstə ilə yoldaşlıq etmə

16 Yanvar 2021 22:40
Baxış: 2 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süfyan Suridən belə nəql olunur:

دَخَلتُ عَلَى الصّادِقِ عليه السلام فَقُلتُ لَهُ : أوصِني...

İmam Sadiqin (ə) hüzuruna gedib dedim: "Mənə tövsiyə edin..."

Həzrət buyurdu:
 
يا سُفيانُ، أدَّبَني أبي عليه السلام بِثَلاثٍ، و نَهاني عَن ثَلاثٍ ؛ فَأمَّا اللَّواتي أدَّبَني بِهِنَّ فَإنَّهُ قالَ لي : يا بُنَيَ ، مَن يَصحَب صاحِبَ السَّوءِ لا يَسلَمُ، و مَن لا يُقيِّد ألفاظَهُ يَندَم، و مَن يَدخُل مَداخِلَ السّوءِ يُتَّهَم.

"Ey Süfyan, atam (ə) mənə üç şeyi ədəb sanıb, üç şeydən də çəkindirib. Amma mənə öyrətdiyi ədəblər: Atam mənə buyurdu: Oğlum, pis adamla yoldaşlıq edən şərəfini itirər, sözünü (dilini) saxlaya bilməyən peşman olar və pis yerə daxil olan ittiham olunar."

Dedim:
 
يَابنَ بِنتِ رَسولِ اللّه ِ، فَمَا الثَّلاثُ اللَّواتِي نَهاكَ عَنهُنَّ؟

"Ey Peyğəmbərin qızının övladı, səni çəkindirdiyi üç şey hansıdır?"

Həzrət buyurdu:
 
نَهاني أن اُصاحِبَ حاسِدَ نِعمَةٍ، و شامِتا بِمُصيبَةٍ، أو حامِلَ نَميمَةٍ.

"Məni neməti əsirgəyən, müsibət zamanı şikayətlənən və sözgəzdirənlə yoldaşlıqdan çəkindirib!"

"Əl-xisal", səh.169, hədis 222.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.