Maraqlı

Deyirlər ki, axşam vaxtı başqasına pul vermək ruzini kəsir. Bu söz doğrudurmu?

16 Yanvar 2021 19:50
Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq inancına görə, axşam vaxtı evdən pul çıxaran adamın ruzisi azalar. Ona görə insanlar axşam alış-veriş etməkdən, borc verməkdən, qapıya gələn dilənçiyə yardım göstərməkdən çəkinirlər. Bu, dinlə heç bir əlaqəsi olmayan, xurafat və mövhumat qismindən olan düşüncədir. Axşam evdən pul çıxarmaqla ruzinin azalması arasında heç bir bağlılıq yoxdur. Əksinə, bəzi hallarda bunu etmək savab gətirir. Belə ki, qapıya gələn ehtiyaclı adama səhər ya axşam olmasından asılı olmayaraq maddi kömək etmək lazımdır. Borc istəyən şəxsin də dadına çatmaq dinimizdə çox bəyənilir. "Axşam vaxtı evdən pul çıxarmaq olmaz" düşüncəsi ilə hərəkət edən şəxs bu fürsəti əldən buraxar və ehtiyaclı şəxsi əliboş qaytardığına görə Allah qarşısında günah qazanar. Bunu da qeyd edək ki, Fitr bayramı münasibəti ilə verilən fitrə zəkatını da bayram axşamı, gün batandan sonra ayırmaq və ehtiyaclı adamlara (fəqirlərə) çatdırmaq savabdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.