Maraqlı

WhatsApp haqqınızda hər şeyi gizlicə ötürəcək

9 Yanvar 2021 19:02
Baxış: 10 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

WhatsApp messenceri istifadəçilərlə anlaşmanı yeniləyib. Bundan belə WhatsApp-dan istifadə edən hər kəs öz şəxsi, konfidensial məlumatlarının Facebook korporasiyaına verilməsinə "könüllü" razılıq verməlidir.

Yeni anlaşmada deyilir: "Facebook korporasiyasının bir hissəsi olan WhatsApp  istifadənin xasiyyəti, zövqü, nəyə üstünlük verməsi və s. ilə bağlı gərəkli informasiyanı korporasiyadakı bütün başqa proqram əlavələri ilə bölüşəcək.

Bu, istifadəçinin tələbatını və istəklərin nəzərə almaqla reklamın fərdi seçimi servislərinin yaxşılaşdırılması, müştəriyə daha çox uyğun gələn kontentin və fərdi xidmətlərin təklif edilməsi ilə bağlıdır".

Beləliklə, WhatsApp-dan istifadə edənlər və bundan sonra da WhatsApp istifadəçisi olmaq istəyənlər mütləq şhəkildə yeni müqavilə ilə razılaşaraq, onu qəbul etməlidir.

Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcəkdir.

Məlumat mübadiləsinə icazə verməsəniz, artıq WhatsApp istifadə edə bilməyəcəksiniz.

Nədir yenilik?

Təsəvvür edin, dostunuzla və ya qohumunzla özünüzə velosiped alıb-almamağı müzakirə edirsiniz. Bu zaman İnstagram-da velosiped reklamları çıxacaq qarşınıza.

Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda Facebook-da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz.

Bundan belə WhatsApp-ın hər biri istifadəçisi barədə bütün məlumatlar Facebook-a ötürüləcək.

Ötürüləcək konfidensial məlumatlardan agah olun:

- Hesabınızla əlaqəli şəxsi məlumatlar

- Telefon nömrəniz

- Dostlarınızın əlaqə nömrələri

- Telefonunuzun əməliyyat sistemi haqqında məlumatlar

- Çatlarda danışdığınız qarşılıqlı məlumatlar

- IP ünvan

- GPS məlumatlarınız

- Digər şəxsi məlumatlar.

... İllər əvvəl "messencerlər və sosial şəbəkələr insanları izləmək, onlar barədə məlumat toplamaq üçün effektiv vasitədir, bizi izləyirlər" demişdim.

Nə olacaq bundan sonra?

İzlənmə daha üstün səviyyəyə qalxacaq. Zatən indi, bu sətirləri oxuyanda harada olduğunuz 0,56 metr dəqiqliyi ilə bilinir artıq və o məlumatları da smartfonlarınızdakı ən "adi" proqramlar servislərlə serverlərə ötürürlər.

Yeni dünyaya xoş gəldiniz...

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.