Maraqlı

“Tələblərim yerinə yetirilməsə işləyə bilmirəm"

8 Yanvar 2021 13:59
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 ildən sonra "Yaş 19" serialı ilə ekranlara qayıdan Hülya Avşar istəyi ilə hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, film heyətindən idman zalı qurulmasını tələb edib. Hülya bu qəribə istəyi ilə bağlı açıqlama da verib.

"Tələblərim yerinə yetirilməsə işləyə bilmirəm. Serialda çəkilmək üçün kiçik idman zalı qurmalarını istədim. Bu saatdan sonra rahatlığımı nəyəsə qurban vermək fikrim yoxdur" deyə, Avşar, bildirib.

Hülya serialın hər bölümü üçün 120 min lirə (27 min 816 manat) alacaq. Avşarla yanaşı ekran işində Mehmet Aslantuğ, Fikret Kuşkan və Deniz Çakır kimi aktyorlar da rol alacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.