Maraqlı

Alişan canlı yayımda vaksin vurdurdu

6 Yanvar 2021 18:39
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Alişan canlı yayımda koronavirus peyvəndi vurdurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi peyvəndin tətbiqi üçün səhiyyə orqanlarına könüllü olaraq müraciət edib. O, Star TV-də yayımlanan və aparıcısı olduğu "Demet və Alişanla sabah-sabah" proqramının canlı efirində vaksin vurdurub.

"Mən daxil olmaqla hər kəs "COVID-19"dan bezib. Bu problemin tək həll yolu peyvənddir. Tez bir zamanda bu işdən xilas və örnək olmaq istədim",- deyə Alişan bildirib.

Qeyd edək ki, Türkiyədə ilk vaksin vurduran məşhur Çağla Şikel olub. O, həmin anı lentə alaraq sosial şəbəkədə paylaşmış, tənqidlərə məruz qalmışdı.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.