Maraqlı

Azərbaycanlı rejissorun qısametrajlı filmi ABŞ-dakı festivalda qalib oldu - FOTO

17 Dekabr 2020 18:55
Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Azərbaycanlı rejissor Elçin Ağazadənin  "Uğur böcəyi" adlı sosial filmi Amerikanın Florida ştatında 15 qəqiqəlik qısa sosial filmler arasında ən Yaxşı Sosial Film nominasiyasının qalibi olub. 

Rejissor qeyd edib ki, autzmlə baqli ideya ilk onun özündən gəlib. Kiçik oğlunun autzm sindromlu olması onun bu işə təşəbbüs göstərməsinə səbəb olub.  Elçin Ağazadənin çəkdiyi "Uğur böcəyi" filminin baş qəhrəmanı balaca Fatimə, öz rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür bu da, amerikalı film mütəxəssislərin diqqətini cəlb edib.

Filmin rejissoru Elçin Ağazadə, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhya, rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa ediblər. Film "Exo media" tərəfindən ərsəyə gətirilib.

Xatırladaq ki, Elçin Agazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin ve sənədli filmlərin rejissoru olub.  Onun çəkdiyi  "Cənnət ətri" "Səngərdə azan" "Zamana sığmayan Nəsimi" "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri böyük kültə tərəfindən rəğbət qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.