Maraqlı

Məşhur aktrisa "kişi" olduğunu açıqladı

2 Dekabr 2020 10:49
Baxış: 1 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktrisa Ellen Peyc transseksual olduğunu və adını dəyişdirdiyini söyləyib.

Milli.Az mediapost-a istinadla xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesabında açıqlama yayıb.

Rol aldığı "Cuno" filmi ilə 2007-ci ildə "Oskar"a namizəd göstərilən və sonuncu dəfə "Umbrella Academy" serialı ilə tamaşaçıların qarşısına çıxan Ellen 2014-ci ildə homoseksual olduğunu söyləmişdi. O bu dəfə trans olduğunu və adını Elliot kimi dəyişdirdiyini etiraf edib.

33 yaşlı kanadalı aktrisa fikirlərini belə dilə gətirib:

"Həyatımda bura gəldiyim üçün özümü şanslı hiss edirəm. Bu yolda məni dəstəkləyən möhtəşəm insanlara minnətdaram. Bir çox transseksualdan təsirləndim. Cəsarətiniz, cömərdliyiniz və bu dünyanı əhatə edən şəfqətli bir yer etmək üçün durmadan çalışdığınız üçün təşəkkür edirəm. Sevincim gerçək, eyni zamanda da həssasdır. Xoşbəxt olmağıma rəğmən, bir o qədər də qorxuram. Hücumdan, nifrətdən, zarafatlardan və şiddətdən çəkinirəm".

Qeyd edək ki, Peycin açıqlaması qısa zamanda sosial mediada trendə çevirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.