Maraqlı

Rita Ora karantin qaydalarını pozdu

1 Dekabr 2020 19:14
Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rita Ora ölkədə tətbiq olunan karantin qaydalarını pozub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sadəcə onlayn restoranların fəaliyyətinə icazə verildiyi halda Rita özünə ad günü keçirib.

Londonda məkanlardan birində baş tutan qonaqlığa Ora bacısı ilə yanaşı 30-a yaxın tanınmış ifaçını da dəvət edib. Verilən məlumatlara görə dəvətə gələnlər diqqət çəkməmək üçün məkana arxa qapıdan daxil olublar.

Sözügedən qonaqlıq haqqında polisə xəbər verilib. Restorana gələn polis əməkdaşlarını işçilər içəri buraxmayıb. Karantin qaydalarını pozduğuna görə müğənni 10 min funt-sterlinq dəyərində cərimələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.