Maraqlı

"Ərimdən şübhələnsəydim həyatımın sonu olardı" - Nikol Kidman

1 Dekabr 2020 18:54
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Nikol Kidman 2007-ci ildən evli olduğu həyat yoldaşı haqqında açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa əri Kit Urbanla münasibətlərinin çox yaxşı olduğunu və ona hər zaman inandığını dilə gətirib.

"Həyat yoldaşımla evləndikdən sonra bir gün belə olsa, onun mənə olan sədaqətindən və etibarından şübhələnmədim. Əgər bu hal baş versəydi, həyatımın sonu olardı. Çünki bu bizim ailə həyatımızın əsas təməlini təşkil edir. Buna görə də mən çox şanslıyam. Həyat yoldaşım düşüncəli və mehriban insandır" - deyə, Nikol bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.