Maraqlı

“Eşkiya dünyaya hükümdar olmaz”ın çəkiliş məkanına hücum etdilər - FOTO

1 Dekabr 2020 15:36
Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin böyük tamaşaçı auditoriyasına malik "Eşkiya dünyaya hükümdar olmaz" serialının çəkiliş məkanında gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin çəkiliş heyəti Maltepe bölgəsində bir otel kirayələyib. Sözügedən oteldə qalan 3 şəxs serialın çəkiliş məkanı üçün hazırlıq görən qadınlara nalayiq sözlər söyləyərək, təhqir ediblər.

Əvvəl qadınlar onların sərxoş olduğunu zənn edib və bu hərəkətlərinə məhəl qoymayıblar. Daha sonra gərginlik artmağa başlayıb. Onlar zorla çəkiliş meydanına daxil olub, aktyorlarla foto çəkdirmək istəyiblər.

Bundan sonra hadisə yerinə polis gəlib. Qadınlar həmin şəxslərdən şikayətçi olublar. Saxlanılan şəxslərin əvvəllər də ittiham olunduqları ortaya çıxıb. Onlar haqqında istintaq başladılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.