Maraqlı

Havay sahillərində nəhəng yeraltı şirin su rezervuarı tapılıb

30 Noyabr 2020 07:48
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir ki, sulu təbəqələrdəki şirin suyun miqdarının adalardakı yağıntıların miqdarı ilə uyğun olmamasının səbəbi məlum deyildi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, elm adamları adanın dərinliklərindəki nəhəng şirin su ehtiyatlarının Xualalai vulkanı ətrafından aşağı, okeanın dibinin dərinliklərinə gedib çıxan, bu yaxınlarda aşkarlanmış rezervuarlara axdığını müəyyənləşdiriblər. Bu kəşf iqlim dəyişikliyi fonunda dünyanın vulkanik adaları üçün böyük əhəmiyyətə malikdir.

"Biz ümid edirik ki, kəşfimiz gələcək hidroloji modelləri yaxşılaşdıracaq və bunun nəticəsi olaraq, vulkan adalarındakı təmiz şirin suyu əlçatan edəcək", - deyə Havay Universitetindən olan geofizik Erik Attias bildirib.

Havay adalarındakı şirin suyun böyük bir hissəsi susaxlayan təbəqələrdən, su keçirməyən süxurların qatlarından və ya çöküntülərdən çıxarılır. Yağış yağdıqda, torpağın üst qatından və altdakı vulkanik qayalardan süzülərək, sonda susaxlayan rezervuarlara çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.