Maraqlı

14 yaşında universitet məzunu oldu

28 Noyabr 2020 08:03
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Heydərabad şəhərindən olan 14 yaşlı vunderkind Aqastya Djaysval 14 yaşında universitet məzunu olub.

Bu barədə "National Herald" nəşri məlumat verib.

Yeniyetmə oğlan Osmanlı Universitetində Kütləvi Kommunikasiya və Jurnalistika ixtisası üzrə təhsil alıb.

A.Djaysval bildirib ki, o, öz ölkəsində ilk şəxsdir ki, 14 yaşında ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Vunderkind stolüstü tennis yarışlarında iştirak etdiyini, boş vaxtlarında mahnı oxuduğunu və fortepiano alətində ifa etdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.