Maraqlı

Çin məhkəməsi saxta "Starbucks" qəhvəsi satan şirkəti 3,2 milyon dollar cərimələyib

27 Noyabr 2020 04:30
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Usi şəhərinin məhkəməsi dünyaca məşhur olan "Starbucks" brendinin saxta qəhvələrini satan şirkəti 21 milyon yuan (təxminən 3,2 milyon ABŞ dolları) cərimələyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ciansu vilayətinin İstehlakçılar Şurasının şikayəti əsasında başlanmış məhkəmə işində "Şuanşan qida" şirkətinin "Starbucks" brendi ilə 50-dən çox müəssisəyə saxta qəhvə və digər məhsullar satması ictimai maraqların pozulması faktı kimi qiymətləndirilib. Məhkəmə İstehlakçılar Şurasının "Şuanşan qida" şirkətindən 3,2 milyon dollar dəyərində kompensasiya tələbini haqlı hesab edib.

Şuranın sədr müavini Cu Şan deyib ki, ictimai maraqların qorunması üzrə məhkəmə prosesi istehlakçıların, eləcə də intellektual mülkiyyətin sahibinin qanuni hüquq və mənafelərini müdafiə edəcək.

Ötən ilin dekabrında həmin məsələyə dair məhkəmə prosesində 5 nəfərə 5 ilədək həbs cəzası verilmişdi. İctimai maraqların qorunmasına dair cərimə isə həmin iş üzrə əlavə cəzadır.

Qeyd edək ki, bu, Çində dünya brendlərinin məhsullarının saxtalaşdırılması və tanınmış şəxslərin adlarından ilk sui istifadə deyil. Bir neçə il əvvəl məşhur basketbolçu Maykl Cordan məhkəməyə müraciət edərək Çinin idman geyimləri və məhsulları istehsal edən şirkətinin qeydə aldığı "Qiaodan" ticarət markasının əslində onun adının Çin dilində tələffüzü olması barədə iddia qaldırmışdı. Basketbolçu Çin şirkətinin onun icazəsi olmadan bu addımı atdığını bildirmişdi. Dörd il davam edən məhkəmə prosesindən sonra Çin məhkəməsi basketbolçunun iddiasının haqlı olmasına qərar vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.