Maraqlı

Anasından qorxduğu üçün burnuna girən qəpik 53 il orada qaldı

25 Noyabr 2020 22:20
Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Zelenoqrad bölgəsində Konçalovski klinik xəstəxanasında 53 ildir burnunda qəpik olan kişi əməliyyat olunub.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, kişi xəstəxanaya müraciət edərək nəfəs almaqda çətinlik çəkdiyini qeyd edib. Kompyuter tomoqrafiyası nəticəsində kişinin burnunda dairəvi cisim aşkarlanıb.

Pasiyent bu zaman altı yaşında olarkən baş vermiş hadisəni xatırlayıb. O, uşaq ikən qəpiyi burnuna salıb və sonradan anasından qorxaraq hadisəni gizlədib. Nəticədə həmin qəpik 53 il sonra əməliyyatla çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.