Maraqlı

Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb

24 Noyabr 2020 19:51
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çarlz Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ç. Darvinin təkamül haqqında öncül fikirlərini və məşhur "həyat ağacı" eskizini özündə cəmləşdirən iki əlyazması oğurlanıb.

Əlyazmaların ən son 2000-ci ildə kitabxana tərəfindən fotoları çəkilib, lakin 2001-ci ilin yanvar ayında aparılan müntəzəm yoxlama zamanı kitabların yer aldığı kiçik qutunun öz yerinə qaytarılmadığı aşkar edilib. Rəhbərlik isə 2001-ci ildən etibarən Darvinin əlyazmalarının 10 milyona yaxın kitabın olduğu geniş kitabxanada sadəcə səhv yerləşdirildiyini düşünüb.

Aparılan axtarışların nəticə vermədiyini görən Kembric Universiteti bu gün verilən açıqlamada əlyazmaların oğurlandığını bildirərək polisə müraciət edib.

Qeyd olunub ki, Ç. Darvinin bu əlyazmalarının milyonlarla funt-sterlinq dəyərində olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.