Maraqlı

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

24 Noyabr 2020 17:34
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) 22 metr böyüklüyündə olan asteroidin dünyadan yaxın keçəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünya üçün təhlükə yarada biləcək cismin keçidi 29 noyabrda reallaşacaq. Yer kürəsi ilə toqquşma ehtimalının olmadığı vurğulanıb.

NASA rəsmiləri asteroidin böyüklüyünün bir göydələnə bərabər olduğunu qeyd ediblər.

Həmçinin, göy daşındakı nikel, dəmir və kobaltdan ibarət mineralların dəyəri 17, 4 milyon dollar olaraq təxmin edilir.

Qeyd edək ki, 1908-ci ildə Rusiyanın Sibir ərazisinə 40 metr ölçüsündə asteroid düşmüş, demək olar ki, şəhəri yox edəcək gücdə olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.