Maraqlı

Allaha yaxın olmaq üçün 8 vasitə

29 Noyabr 2020 19:50
Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir möminin bu həyatdakı məqsədi - İlahi qürb məqamına çatmaqdır. Allaha çatmağın ən yaxın yolları - həmin o yollardır ki, Özü bəyan etmişdir. Bu yollar ilə tanış olaq:

1. Allaha itaət etmək. Ubudiyyət və uluhiyyət - Allahın müqəddəs zatına məxsusdur. Mömin insan gərək hər cür bütpərəstlikdən uzaq olsun. Bütün işlərini ancaq Allah üçün yerinə yetirsin. İmam Əli (ə) buyurur: "Ən yaxşı şey ki, onun vasitəsilə Allaha yaxın olmaq olar - Allaha və Peyğəmbərə (s) iman bəsləməkdir".

2. Allah yolunda mübarizə aparmaq. Allaha yaxınlaşmağın ikinci yolu - Allah yolunda mücahidədir. Mücahidə - İslamın ən uca qalasıdır. Allah yolunda cihad etmək sayəsində İslam ayaqda durar və inkişaf edər.

3. Vacibatları yerinə yetirmək. İmam Əlinin (ə) nəzərinə görə, Allaha yaxınlaşmağın başqa bir yolu vacibatları yerinə yetirməkdir. Həzrətin (ə) nəzərinə görə, namaz qılmaq - dinin həqiqətidir. İnsan namaz vasitəsilə Allaha yaxınlaşa bilər.

Əlbəttə, vacibatlar deyildikdə, təkcə namaz nəzərdə tutulmur, başqa vacib əməllər də nəzərdə tutulur.

4. Günahın ziyanları barəsində təfəkkür etmək. Əgər insan günahın dünya və axirət ziyanları barəsində təfəkkür etsə, başa düşər ki, əgər Allaha yaxın olmaq istəyirsə, gərək günahdan uzaq olsun.

5. Səcdə. Allaha yaxın olmağın vasitələrindən biri də səcdədir. Qurani-Kərim buyurur ki, səcdə et və Allaha yaxın ol.

Uca Allah Həzrət Peyğəmbərə (s) buyurur ki, "bilirsənmi ki, nə zaman bəndə Mənə yaxın olur?". Həzrət (s) buyurur ki, xeyr. Allah Təala buyurur: "O zaman ki, acdır və ya səcdə halındadır".

6. İxlas. Muxlislər ali dərəcəyə çatmış insanlardır ki, özlərini Allahdan qeyrisindən pak etmişdilər. Onların bütün əməlləri Allaha aiddir. Elmlərini - Allahın elmi, həyatlarını - Allahın həyatı, qüdrətlərini - Allahın qüdrəti bilirlər. Malik olduqları hər şeyi Allahdan bilirlər.

7. Müstəhəbləri yerinə yetirmək. Müstəhəb əməllər insanı Allaha yaxınlaşdırar. Allahın məhəbbətinə səbəb olar.

8. Əhli-Beytə (ə) məhəbbət göstərmək. Əhli-Beyti (ə) sevən insanı Allah da sevər. Heç kəs kamal qalasına bu sevgi olmadan çata bilməz. Qiyamət günü insandan soruşulan dörd sualdan biri - məhz Əhli-Beyt (ə) sevgisi olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.