Maraqlı

"WhatsApp" yeni funksiyanı işə salır

20 Noyabr 2020 22:25
Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni funksiya barədə "Wabetainfo" məlumat verib.

Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.

Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.

Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda "WhatsApp" istifadəçilərinin ixtiyarına veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.