Maraqlı

Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu - FOTO

16 Noyabr 2020 11:29
Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Star Televiziyasında yayımlanan "Ay Yapım" istehsalı "Menejerimi ara" serialının üç qəhrəmanı koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli layihənin baş qəhrəmanı Ahsen Eroğlu, ustad aktrisa Ayşenil Şamlıoğlu və Bedir Bedirin "COVID-19" test nəticələri pozitiv çıxıb.

Bundan sonra serial heyəti karantinə alınaraq test verib. Ekran işinin sonuncu bölümündə epizodik rol alan müğənni İrem Dericidə də  koronavirus aşkarlanıb. Dad və iybilmə qabiliyyətini itirən sənətçi xəstəxanaya müraciət edib, test nəticələri pozitiv çıxıb.

Baş vermiş bu hadisələrdən sonra serialın çəkilişlərinə fasilə verilib.

Evdə özünü təcrid edən sənətçi test nəticələrini sosial şəbəkədə paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.