Maraqlı

Səkkiz kameralı smartfon yaradılıb

14 Noyabr 2020 07:11
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində səkkiz kamera ilə təchiz edilən smartfon patentləşdirilib. Bu barədə Niderlandın "LetsGoDigital" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci il oktyabrın əvvəlində təsdiq edilən patentin qeydiyyata alınması üçün müraciət "Lens Technology Co. Ltd" şirkəti tərəfindən edilib. Jurnalistlərin sözlərinə görə, Çin istehsalçısı "Apple", "Samsung", "Huawei" və digər şirkətlərlə əməkdaşlıq edir. Məsələn, şirkət "Apple Watch" saatları üçün ekranlar buraxır. Sənədlərə görə, mühəndislərin yaratdığı konseptual aparat hər küncdə iki sensor olmaqla arxa paneldə yerləşən səkkiz obyektivə malikdir.

Jurnalistlərin fikrincə, əsas kamera ultraenli, enlibucaqlı və teleskopik obyektivlərdən ibarətdir. Çəkiliş rejimindən asılı olaraq bir neçə obyektiv və ya eyni anda bütün sensorlar tətbiq edilə bilər.

Smartfonun ön tərəfində ön kamera üçün kəsiklər mövcud deyil. Buna əsaslanan jurnalistlər ön kameranın qurğunun ekranına inteqrasiya edilməsi qənaətinə gəliblər. Materialda qeyd olunur ki, patentin qeydiyyata alınmasında məqsəd naməlumdur - bu, qurğunun istehsalından əvvəl yaradılan həm konsept, həm də real prototip ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.