Maraqlı

"Ceyms Bond"un silahı hərracda SATILACAQ

13 Noyabr 2020 20:09
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 31-də 90 yaşında vəfat edən məşhur aktyor, "Oskar" mükafatlı Şon Konnerinin ilk Ceyms Bond filmi olan "Həkim Nou"-da (Dr.No) istifadə etdiyi silah hərracda satılacaq.

Milli.Az xəbər verir ki, Ceyms Bondun silahı dekabrın 3-də ABŞ-da keçiriləcək hərracda açıq artırma yolu ilə satılacaq.

Məlumat üçün bildirək ki, Şotland əsilli britaniyalı məşhur aktyor Şon Konneri bir çox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır. 1988-ci ildə Konneri "Toxunulmazlar" qanqster dramındakı ikinci plan roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarını alıb. Ümumilikdə aktyorun üç "Qızıl qlobus"u var". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.