Maraqlı

İnsan nə etməlidir ki, qəlbi salamat olsun?

15 Noyabr 2020 23:15
Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səlim qəlb deyildikdə nə nəzərdə tutulur?

Uca Allah "Şüəra" surəsində Həzrət İbrahimin (ə) dili ilə buyurur: "Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". ("Şuəra" 89).

"Səlim" sözünün mənası "salamat" deməkdir. Salamat olmaq isə zahiri və batini bəlalardan uzaq olmağa deyilir. Qəlbi səlim deyildikdə isə o qəlb nəzərdə tutulur ki, hər bir xəstəlikdən, etiqadi və əxlaqi fəsaddan uzaqdır.

"Şüəra" surəsi buyurur ki, Qiyamət günü insana nə mal yardım edəcəkdir, nə də övladları. Ona nicat verə biləcək tək şey - səlim qəlbdir. Elə bir qəlb ki, nifaqdan, şirkdən, küfrdən uzaq və xalis olar. Elə bir qəlb ki, dünyaya bağlı deyildir, tez keçən ləzzətlərin əsiri deyildir.

Əllamə Təbatəbai bu haqda buyurur: "Səlim qəlb deyildikdə, o qəlb nəzərdə tutulur ki, hər bir şey ki, Allaha iman gətirməyə ziyanlı olar - onlardan boş olsun. O cümlədən aşkar və gizli şirkdən, çirkin əxlaqdan, günahdan və insanı Allahdan uzaqlaşdıran hər bir fikirdən".

Allah Təala Qurani-Kərimdə münafiqlər haqqında buyurur: "Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır". ("Bəqərə" 10).

İmam Sadiq (ə) buyurur: "O qəlb ki, orada şirk və şəkk olarsa, o qəlb süqut edər və dəyərsizdir".

Beləliklə deyə bilərik ki, səlim qəlb o qəlbdir ki, hər bir xəstəlikdən uzaq olar. Bu xəstəliklər nifaqdır, şirkdir, küfrdür, çirkin əxlaqdır, dünya sevgisidir...

Allah Təbarəkə və Təala Qurani-Kərimdə buyurur: "Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə - təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!". ("Bəqərə" 197).

Bu ayədən aydın olur ki, səlim qəlb o qəlbdir ki, salamat olmasına görə İlahi təqvaya malik olar. İmam Sadiq (ə) buyurur: "Səlim qəlb - o qəlbdir ki, Allahla o halda görüşər ki, Ondan qeyrisi orada olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.