Maraqlı

Uca Allah niyə şeytanı yaratmışdır?

15 Noyabr 2020 23:45
Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxları bu sualı verir ki, şeytan (lən) ki, bu qədər fitnə və fəsad törədəndir, Allah onu niyə xəlq etmişdir?

Birincisi Allah şeytanı, şeytan olaraq yaratmamışdır. İblis (lən) cin tayfasından olmuş və mələklərlə oturub-durmuşdur. O sonralar öz azadlığından sui-istifadə edərək, üsyan etmiş və Mütəal Allaha qarşı çıxmışdır. Ona görə deyə bilərik ki, şeytan pak xəlq edilmişdir. Yolunu azması da öz istəyi ilə olmuşdur.

İkincisi, şeytanın insan üçün varlığı, mahiyyətcə heç də ziyanlı deyildir. Hər kim təkamül etmək və kamala çatmaq istəyirsə, onun üçün şeytanın varlığı əslində faydalıdır. Şeytanla mübarizə sayəsində tərəqqi edər və mənəviyyatını inkişaf etdirər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan o zamana qədər ki, güclü düşmənlə üzləşməz - gizli istedadlarını üzə çıxartmaz. Həmin güclü düşmən onun istedadlarının üzə çıxmasına səbəb olar və onu mübarizə üçün təhrik edər. Nəticədə isə insan tərəqqi edər və inkişaf edər.

Böyük filosoflardan biri deyir: "Dünyada elə bir inkişaf etmiş dövlət yoxdur, məgər o halda ki, güclü bir xarici hücuma məruz qalmasın. Bu hücum sayəsində istedadlarını işə salar və inkişaf etmiş mədəniyyətin təməlini qoyar". (Beytutə)

Beləliklə deyə bilərik ki, şeytan hamının sorağına gələ bilər, hətta böyük din alimlərinin belə. Necə ki, Adəmlə (ə) Həvvanın da sorağına getmişdi.

Şeytan (lən) - bəşərin ən qədim düşmənidir. İnsan vəsvəsə oluna bilinən varlıqdır. Ona görə də şeytan onu rahatlıqla yolundan azdıra bilir. Amma vəsvəsə olunub-olunmamaq - insanın öz seçimindən asılıdır.

İblisin (lən) əhvalatından ibrət götürmək lazımdır. Hər kim ibadət əhlidir - gərək təkəbbürdən uzaq olsun və İblisin getdiyi yolla getməsin. Əks halda, şeytanın tələsinə düşər və yolunu azar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.