Maraqlı

Arzusunun həyata keçdiyi üçün qurban kəsən...

15 Noyabr 2020 21:20
Baxış: 2 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər şeydən əvvəl bunu qeyd edək ki, deyilən nəzirə mütləq əməl etmək lazımdır. Kimsə arzusunun həyata keçməsi münasibətilə qurban kəsməyi nəzir edibsə, dediyi vaxtda onu kəsməlidir. Kəsilən qurbanın necə sərf edilməsi qaydasına gəlincə, burada məsələ niyyətə bağlıdır. Əgər qurban nəziri deyərkən, onu necə paylamağı da nəzərədə tutubsa, o şəkildə də paylamalıdır. Əgər evbəev əti paylamağı nəzir edibsə, gərək əti bölüşdürüb evbəev paylasın. Əgər ətdən hansı şəkildə istifadə etməyi nəzir etməyibsə, bu halda xörək bişirib qonaqlıq verə bilər. Bu zaman da yaxşı olar ki, ehtiyaclı şəxsləri unutmasın. Yəni yaxşı olar ki, qonaqlığa dəvət etdiyi şəxslərin arasında həqiqətən kasıb və ehtiyaclı adamların olmasına diqqət yetirsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.